Merts və Tramp görüşəcək

Dünya

03.03.2025 13:10

1581

Almaniyada keçirilən parlament seçkilərində qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik blokunun lideri Fridrix Merts  ABŞ prezidenti Donald Trampla görüşmək niyyətindədir. 

TodayPress xəbər verir ki, bu barədə “Tagesspiegel” məlumat yayıb. 

Bildirilib ki, Merts ən qısa zamanda Trampla görüşəcək və bu zaman onun əlində daha yüksək müdafiə xərcləri üçün imkanlar olacaq.   

Nicat Osman

tag: Merts,Tramp,Almaniya,ABŞ,Todaypress.az,