Məscidə “Molotov kokteyli” atdılar
İsveçdə naməlum şəxs Uddevalla bələdiyyəsindəki məscidə “Molotov
kokteyli” atıb.
TodayPress
xəbər
verir ki, bu barədə "SVT" telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat
yayıb.
Polisin
məlumatına görə, məsciddə olan iki nəfər yanğını operativ şəkildə söndürüb.
Hadisə gecə saatlarında baş versə də, şübhəlilər hələ müəyyən edilməyib.
"Orada
olanların çevik reaksiyası sayəsində yanğının yayılmasının qarşısı alınıb. Biz
bütün halları araşdırırıq" hüquq-mühafizə orqanlarından bildirilib.
tag: İsveçrə, Məscid, Uddevalla, Həbs, Polis, todaypress.az,