Məşhur agentliyin jurnalistlərini Ağ Evə buraxmayacaqlar

Dünya

15.02.2025 04:43

1088

Ağ Ev Aparat rəhbərinin müavini Taylor Budoviç Associated Press (AP) jurnalistlərinin Ağ Evin bəzi ərazilərinə girişinin məhdudlaşdırılacağını açıqlayıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, AP-nin prezidentin son göstərişlərinə uyğun olaraq “Meksika körfəzi” əvəzinə “Amerika körfəzi” ifadəsindən istifadə etmək istəməməsi olub.

Budoviç, AP-nin dezinformasiya yaymaq kimi qiymətləndirdiyi coğrafi ad dəyişikliyinə məhəl qoymamağa davam etdiyini söyləyib. O, AP-nin Birinci Düzəliş əsasında söz azadlığı hüququnu etiraf etsə də, vurğulayıb ki, bu hüquq agentliyə avtomatik olaraq Oval Ofisə maneəsiz giriş imkanı vermir.

Budoviç dəqiqləşdirib ki, məhdudiyyətlər yalnız Ağ Evin müəyyən ərazilərinə aiddir və jurnalistlərin binanın digər hissələrinə girişi dəyişməz olaraq qalır.

Qərar mətbuat azadlığı və prezident administrasiyası ilə aparıcı xəbər təşkilatları arasında əlaqələr ətrafında qızğın müzakirələrə səbəb olub.

tag: Ağ Ev, Jurnalist, Dezinformasiya, Qadağa,Taylor, todaypress.az,