Məşhur aktyor aktrisanın ölümündə ittiham olunur
Məşhur Koreya dram ulduzu Kim Su-Hyon Cənubi Koreyalı aktrisa Kim Sae-ronun ölümündə ittiham olunur.
TodayPress xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Hoverlab” adlı Yutub kanalı məlumat yayıb.
Aktrisanın ölümündən sonra yayımlanan yeni videoda 37 yaşlı Su-Hyonun onunla 6 il birlikdə olduğu iddia edilib. Bildirilib ki, depressiya dönəmində olan aktrisa kömək istəsə də, Kim Su-Hyon onu tək qoyub.
Qeyd edək ki, 24 yaşlı aktrisa bu Kim Sae-ron bu ilin fevral ayında intihar edib.
Türkan İsgəndərli
tag: Koreya,Kim Su-Hyon,Dram,Aktyor,Film,todaypress.az,