Məşhur serialda Budda təhqir edildi

Dünya

04.04.2025 18:45

1560

Hindistanda qalmaqallı “Ağ Lotus” serialından bir səhnə personajlardan birinin Buddanı təhqir etdiyi üçün kəsilib.   

TodayPress xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb. 

Nəşrin iddiasına görə, senzuraya məruz qalan səhnədə Belindanın oğlu Sion oteldə atəş səsləri eşidərkən Budda heykəlinin arxasında gizlənərək “Xahiş edirəm anamı qoru” deyib.

Qəhrəman yenidən güllə səsləri gələndə heykələ “Səndən anamı qorumağı xahiş etdim, ey əclaf! deyə səslənib.

Qeyd edək ki, səhnə Hindistanın digital kanalı "JioHotstar" tərəfindən HBO-nun icazəsi olmadan kəsilib.

tag: Hindistan,Ağ Lotus,Serial,Budda,Təhqir,Todaypress.az,