Məşhur şirkət minlərlə əməkdaşını işdən çıxarır

Dünya

19.03.2025 16:38

1832

Qlobal texnologiya nəhəngi "Siemens" 6 min nəfəri işdən çıxaracağını açıqlayıb. 

TodayPress xəbər verir ki, şirkət 2027-ci ilə qədər missiyanı tamamlamaq istəyir. 

Bildirilir ki, ixtisarlaşma ilk növbədə avtomatlaşdırma sahəsində başlayacaq və işdən çıxarılanların 2600-ü şirkətin Almaniyadakı müəssisələrində baş verəcək.   

Təfərrüatlar hələ aydın olmasa da, yaxın vaxtlarda ixtisarların başlayacağı gözlənilir. 

Qeyd edək ki, "Siemens"in Rəqəmsal Sənaye Bölməsində dünya üzrə təxminən 68 min insan çalışır. 

Türkan İsgəndərli

tag: Siemens,Şirkət,İşçi,İxtisar,Todaypress.az,