Meteor yağışı olacaq

Dünya

01.03.2025 10:28

1840

"2024 YR4" asteroidi ilə Ay arasında bir neçə il ərzində mümkün toqquşma 8 meqaton gücündə partlayışa səbəb ola bilər ki, bu da Yerdən meteor yağışı kimi görünəcək.   

TodayPress xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutundan yerli astronom Leonid Yelenin məlumat verib.   

Astronomların hesablamalarına görə, "2024 YR4" asteroidi 22 dekabr 2032-ci ildə Yerə yaxınlaşa bilər.

Fevralın əvvəlində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bu toqquşma riskini 2,2% qiymətləndirib, sonradan bu rəqəm 3,1%-ə çatıb.

Lakin keçən həftə agentlik bu rəqəmi 0,28%-ə düzəldib.  Fevralın 24-də Avropa Kosmik Agentliyi (ESA) də "YR4" asteroidinin Yerlə toqquşması ehtimalını 0,002%-ə endirib. 

Alimlər versiyalardan biri kimi "YR4"ün Ay ilə toqquşması riskini etiraf edirlər. Tədqiqatçıların fikrincə, asteroidin dəqiq orbiti yalnız 2028-ci ildə məlum olacaq.

Bildirilib ki, toqquşma Yer üçün təhlükəli ola bilər, çünki güclü partlayış, təxminən 8 meqaton enerji buraxacaq. Ayın atmosferi yoxdur, cazibə qüvvəsi azdır, ona görə də bütün atılan dağıntılar Yerə düşə bilər. 

Yerlə toqquşma riskinin proqnozlaşdırılan miqyasındakı dalğalanmalardan danışan Leonid Yelenin, bu hesablamaların yeni məlumatlara uyğun olaraq dəyişdirildiyini diqqətə çatdırıb: 

"Bu proses heç vaxt dayanmır. Günəş sistemindəki orbit bir dəfə çəkilmiş relslər toplusu deyil. Onlar daim dəyişir. Kütləsi nə qədər kiçik olsa, planetlərin cazibə qüvvəsi ilə ona təsiri də bir o qədər çox olur" deyə o əlavə edib. 

Töhfə Səməd

tag: Meteor ,Yağış, Yer ,Kosmik,Todaypress.az,