Milli Osiyekdə beşinci oldu
Xorvatiyanın Osiyek şəhərində 10 m məsafədən güllə atıcılığı üzrə Avropa çempionatına yekun vurulub.
TodayPress xəbər verir ki, yarışın son günündə tapança ilə atəş açan 31 qarışıq komanda medallar uğrunda mübarizə aparıb.
Azərbaycanın iki dueti hədəf önünə keçib.
Xanna Əliyeva və Ruslan Lunyov cütlüyü 572 xalla təsnifatda 5-ci yeri tutub.
Snayperlərimizi çempionatın bürünc medalı uğrunda vəsiqədən bir xal ayırıb.
Zeynəb Sultanova ilə Elvin Astanovun yer aldığı komanda isə 566 xalla 18-ci olub.
Namiq HUN
tag: Azərbaycan,Güllə,Atıcı,Ruslan lunyov,Todaypress.az,