Milyonlarla amerikalı ölü elan edildi

Dünya

18.03.2025 15:52

2857

ABŞ səlahiyyətliləri məlumat bazalarında hələ də sağ kimi qeyd olunan 120 yaşdan yuxarı 3,2 milyon ABŞ sakinini ölü elan ediblər.   

TodayPress xəbər verir ki, bu barədə Hökumətin Səmərəliliyi Departamenti (DOGE) "X" sosial şəbəkəsində məlumat yayıb. 

Səlahiyyətlilər məlumatları yoxlamağı hələ bitirmədiklərini açıqlayıblar.   

"Xidmətin siyahılarına hələ də 120-159 yaşlı təxminən 9 milyon sakin daxildir. Hələ görüləsi çox iş var” deyə bildirilib. 

Qeyd edək ki, bu verilənlər bazası 60 il əvvəl yaradılmış "COBOL" proqramlaşdırma dili əsasında qurulub.

Sistem köhnəlsə də, dövlətdən ödəniş almaq hüququ olanların uçotu üçün istifadə olunmağa davam edir.   

Həmçinin sistemin xüsusiyyətlərini nəzərə alsaq, əgər şəxsin doğum tarixi yoxdursa və ya natamamdırsa, o zaman formal olaraq şəxsin yaşı 150 və ya daha çox ola bilər. 

Töhfə Səməd

tag: Mask,DOGE,Yaşlı,Ölü,Todaypress.az,