Miqrantlarla bağlı yeni qanun
ABŞ Ədliyyə Nazirliyi immiqrasiya hakimlərinə yeni tapşırıq verib.
TodayPress xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Bildirilib ki, hakimlər bir şəxsin ABŞ-də qalmaq üçün qanuni səbəbi yoxdursa, onun işini sürətlə bağlayıb, deportasiya edə bilər.
Bu o deməkdir ki, bəzi insanlar artıq məhkəmədə özlərini müdafiə edə bilməyəcəklər.
Ədliyyə Nazirliyindən qeyd olunub ki, hazırda immiqrasiya məhkəmələrində 4 milyon iş var və bu qərar həmin işləri tez həll etmək üçündür. Yeni qaydalara əsasən, yalnız mübahisəli və ya şübhəli hallar məhkəmə dinləməsinə çıxarılacaq.
Türkan İsgəndərli
tag: ABŞ,Miqrant,Qanun,Qəbul,Todaypress.az,