“Mirage 2000” qırıcıları Ukraynaya təhvil verildi

Dünya

06.02.2025 16:15

1121

Fransa Kiyevə əvvəllər vəd edilmiş “Mirage 2000” təyyarələrinin ilk partiyasını təhvil verib.

TodayPress xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kiyevin aldığı fransız təyyarələrinin dəqiq sayı açıqlanmayıb. 

Qeyd olunub ki, ukraynalı pilotlar uçuş üçün Avropada müvafiq təlim keçib.

Həmçinin bildirilib ki, bu təyyarələr müxtəlif növ raketlərin, o cümlədən Fransanın “SCALP-EG” qanadlı raketlərinin buraxılması üçün istifadə olunacaq.       

Xatırladaq ki, ötən ilin yayında Fransa prezidenti Emmanuel Makron Parisin Kiyevi “Mirage 2000”lə təchiz etməyə hazır olduğunu bəyan edib.    

Nicat Osman

tag: Mirage2000,Qırıcı,Ukrayna,Fransa,Todaypress.az,