Misir İsraillə HƏMAS-a yeni atəşkəs planı təklif etdi

Dünya

13.03.2025 14:44

2262

Misir İsrailə və Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında 60 günlük atəşkəs təkliflərini təqdim edib. 

TodayPress xəbər verir ki, bu barədə Əmirliyin “The National” nəşri məlumat yayıb.

Təqdim edilən nizamlanmada qalan israilli girovların azad edilməsi və müharibəyə son qoymaq üçün danışıqlara başlanması yer alır. Misirin təkliflərinə əsasən, atəşkəsin yeni mərhələsi Fələstin anklavında saxlanılan beş Amerika vətəndaşı daxil olmaqla 10 girovun azad edilməsi ilə başlayacaq.

Nəşrin məlumatına görə, HƏMAS-ın təşəbbüsə ilkin reaksiyası ümidverici olsa da, İsrail hakimiyyəti hələ də təklifləri öyrənir. 

Türkan İsgəndərli

tag: Misir ,İsrail,Fələstin,HƏMAS,Qəzza ,todaypress.az,