Misir və İsrail Qəzza ilə bağlı yeni təkliflər mübadiləsi aparır
Misir və İsrail tərəfinin nümayəndələri Fələstinin Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş yeni təkliflər mübadiləsi aparıblar.
TodayPress xəbər verir ki, bu barədə "Asharq News" telekanalı məlumat yayıb.
Bildirilib ki, tərəflər bir-birinə anklavda atəşkəslə bağlı yeni təkliflərin layihələrini veriblər.
Belə ki, Misirin təklifi Qahirə və Vaşinqtonun əvvəllər təqdim etdiyi təşəbbüslərin birləşməsidir. Lahiyə münaqişə edən tərəflər arasında danışıqları irəlilətmək və yaxın gələcəkdə bu danışıqlarda real irəliləyiş əldə etmək perspektivlərinə malikdir.
"Maan" agentliyinin məlumatına görə, Misirin təqdim etdiyi layihə həm köçürülən girovlarla, həm də İsrail həbsxanalarından azad edilməli olan fələstinli məhbuslarla bağlı İsrail tərəfi tərəfindən qəbul olunmağa yaxındır.
Qahirənin təşəbbüsü radikalların səkkiz və ya doqquz canlı girovu, o cümlədən İsrail və ABŞ vətəndaşı olan İdan Aleksandrı, həmçinin Qəzzada ölən səkkiz girovun cəsədini təhvil verməsini əhatə edir. İsrail, Misirin planına görə, ömürlük həbs cəzası çəkən 150 ərəb də daxil olmaqla, bir neçə yüz fələstinli məhbusu azad etməlidir.
50 gün ərzində Qəzza əhalisinə humanitar yardımın çatdırılması bərpa olunacaq.
Hərbi əməliyyatların dayandırılmasını və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını nəzərdə tutan sazişin ikinci mərhələsi üzrə münaqişə tərəfləri arasında dolayı danışıqların bərpasını təmin etmək üçün atəşkəs müddəti 70 günə qədər uzadıla bilər.
Töhfə Səməd
tag: Misir,İsrail,Qəzza,Danışıqlar,Todaypress.az,