Misirdə bina çökdü, ölənlər var

Dünya

10.04.2025 10:55

14

Misirin mərkəzi Asyut əyalətində binanın çökməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

TodayPress xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

"Yeddisi qadın, biri yaşlı kişi və altı aylıq körpə olmaqla 9 nəfər həyatını itirib" deyə əyalətin təcili monitorinq mərkəzindəki mənbə bildirib.

Xilasetmə qrupları sağ qalanların və ya əlavə qurbanların axtarışı üçün dağıntıları çıxarmağa davam edir.

Bundan başqa, ərazinin ətrafına təhlükəsizlik kordonu çəkilib və dörd qonşu bina ehtiyat tədbiri olaraq təxliyə edilib.

Töhfə Səməd

tag: Misir,Bina,Çökmə,Ölüm,Todaypress.az,