Misirdə turistlərin sualtı qayığı batdı
Misirdə "Sindbad" adlı turist sualtı qayığı Hurqhada şəhəri sahillərində batıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Hurqada Baş Konsulluğu məlumat yayıb.
Bildirilir ki, sualtı qayıqda uşaqlar da daxil olmaqla 45 nəfərin hamısı rusdur.
Onlardan 6 nəfər həyatını itirib.
Sualtı qayığın batmasının səbəbi hələlik məlum deyil.
Türkan İsgəndərli
tag: Misir,Sualtı Qayıq,Sindbad,Ölüm,Todaypress.az,