MKİ-nin direktor müavininin oğlu müharibədə həlak oldu
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktor müavini Culiana Qalinanın oğlu Maykl Qloss Ukraynada müharibədə həlak olub.
TodayPress xəbər verir ki, bu barədə “Vajnıe İstorii” məlumat yayıb.
Məlumata görə, Maykl müharibə əleyhinə etiraz aksiyalarında iştirak edib, qadınların hüquqlarını və iqlimin qorunmasını müdafiə edib.
2023-cü ildə Qlos təhsilini yarımçıq qoyaraq dünya səyahətinə çıxıb, Türkiyədə zəlzələdən sonra dağılmış ərazilərin bərpasında iştirak edib.
Qeyd edək ki, Qloss Rusiya tərəfində döyüşüb.
Nicat Osman
tag: ABŞ,MKİ,Culiana Qloss,Maykl Qloss,Todaypress.az,