MKİ sənədi: NUO hücumunda sovet əsgərləri daşlaşdı

Dünya

14.04.2025 12:53

12

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən məxfi qrifdən çıxarılan sənəd naməlum uçan obyektin (NUO) Sovet ordusuna hücumu ilə bağlı iddialar səbəbilə maraq doğurub. 

TodayPress xəbər verir ki, “Fox News”un yaydığı məlumata görə, sənəddə 1989–1990-cı illərdə Sovet İttifaqında qeydə alınmış qeyri-adi insident təsvir olunur.

İddiaya görə, sovet hərbçiləri hərbi baza üzərindən keçən NUO-ya raket ataraq onu vurublar.

Dərhal sonra qəzaya uğramış obyektdən “iri başlı və böyük qara gözlü” beş qeyri-insani varlıq çıxaraq bir-biri ilə birləşib və bir “vahid obyekt”ə çevriliblər.

Ardınca sferik forma alan obyekt parlaq işıq saçaraq partlayıb və 23 əsgərin bədənini daşlaşmış vəziyyətə salıb.

Sənəddə qeyd olunur ki, yalnız iki hərbçi sağ qalıb və onlar kölgədə olduqları üçün işığın təsirindən yayınıblar. MKİ-nin sənədində qeyd olunur ki, əgər KQB-nin hazırladığı dosye həqiqətə uyğundursa, bu hadisə olduqca təhlükəli siqnaldır.

Məlumata görə, daşlaşmış əsgərlərin və qəzaya uğrayan obyektin qalıqları Moskva yaxınlığındakı gizli elmi-tədqiqat bazasına daşınıb. Amerikalı kəşfiyyatçılar sənəddə yazırlar ki, sovet alimləri ölüm səbəbini “insanlığa məlum olmayan enerji mənbəyi” ilə əlaqələndiriblər. 

Qiymət Mahir

tag: MKİ,ABŞ,KQB,Sovetlər,Todaypress.az,