Modi Səudiyyə Ərəbistanına səfər edəcək
Hindistanın Baş naziri Narendra Modi aprelin 22-dən 23-dək Səudiyyə Ərəbistanında rəsmi səfərdə olacaq.
TodayPress Hindistan KİV-ə istinadən xəbər verir ki, Modi Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salmanın dəvəti ilə Ər-Riyada səfər edəcək.
Qeyd edək ki, bu, Modinin 2016 və 2019-cu illərdəki səfərlərindən sonra Səudiyyə Ərəbistanına 3-cü rəsmi səfəri olacaq.
tag: Modi,Hindistan,Səudiyyə Ərəbistan,Səfər,Todaypress.az,