Moldova partiyası 15 il həbs cəzası təklif edir
Moldovanın “Moldova Ürəyi” partiyası seçki saxtakarlığının qarşısını almaq üçün qanunvericiliyin sərtləşdirilməsini təklif edib.
TodayPress xəbər verir ki, bu barədə “Sputnik Moldova”nın “Telegram” kanalı məlumat yayıb.
Partiyanın adından çıxış edən sabiq Qaqauziya rəhbəri İrina Vlax seçici iradəsinə müdaxilə edən şəxslərə qarşı 15 ilə qədər azadlıqdan məhrumetmə və dövlət vəzifələrinə qadağa cəzasının tətbiq olunmasını təklif edib. Hüquqi şəxslər üçün isə fəaliyyətin məhdudlaşdırılması və ya ləğvi nəzərdə tutulur.
Təklifə əsasən, xarici təşkilatlar tərəfindən dolayısı ilə, media və QHT-lər vasitəsilə siyasi partiyaların maliyyələşdirilməsi, diasporanın səsverməsinə maneələr yaradılması və xaricdəki seçki məntəqələrində nəticələrin saxtalaşdırılmasına görə də sərt sanksiyalar tətbiq edilməlidir.
Bu hallarda da fiziki şəxslərə 15 ilədək həbs cəzası nəzərdə tutulur.
Qiymət Mahir
tag: Moldova,Moldova Ürəyi,Partiya,Həbs,todaypress.az,