Moldova silah tədarükü proqramına daxil olacaq

Dünya

08.04.2025 12:59

10

Moldova Avropa İttifaqı (Aİ) ölkələri ilə birgə silahların alınması proqramının iştirakçısı ola bilər. 

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Tomas Reynyer bildirib. 

Onun sözlərinə görə, Aİ ilə təhlükəsizlik üzrə tərəfdaşlıq sazişi imzalayan ölkənin satınalmalara qoşulması mümkündür. 

Qeyd edək ki, Aİ və digər ölkələr "SAFE" fondundan silahları ala bilərlər.

Bu fond Avropada və onun hüdudlarından kənarda təhlükəsizliyin təkmilləşdirilməsinə həsr olunan qeyri-kommersiya təşkilatıdır.   

Türkan İsgəndərli

tag: Moldova,Silah,Tədarük,Proqram,Todaypress.az,