Moldovada parlament seçkilərinin tarixi açıqlandı
Moldovada növbəti parlament seçkiləri 2025-ci il sentyabrın 28-nə təyin edilib.
TodayPress xəbər verir ki, qərar hakim Fəaliyyət və Həmrəylik Partiyasının səsləri ilə qəbul edilib.
Bildirilib ki, bu, ölkənin Konstitusiyası və Seçki Məcəlləsinə uyğun olaraq, hazırkı parlamentin səlahiyyət müddətinin başa çatmasından sonra ən son mümkün tarixdir.
Seçkilərdə 101 deputat yeri uğrunda mübarizə aparılacaq və 51 mandatın qazanılması parlamentdə çoxluq təşkil etmək üçün kifayətdir.
Hazırda hakimiyyətdə olan “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) 2021-ci ildə keçirilən seçkilərdə 63 mandatla qalib gəlib və təkpartiyalı hökumət qurub.
Türkan İsgəndərli
tag: Moldova,Parlament,Seçki,Tarix,Todaypress.az,