Moldovada Popan və Qutsula dəstək aksiyası keçirildi
Moldovada insanlar "Qələbə" müxalifət blokunun fəalı Svetlana Popan və Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu dəstəkləyiblər.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, etiraz aksiyası qadınların azadlığa buraxılması ilə bağlı müraciətə baxılan məhkəmə binasının qarşısında keçirilib.
Aksiya iştirakçıları Qutsul və Popanın cinayət təqibinə qarşı olduqlarını bildiriblər. Onlar qadınlara dəstək üçün çap olunmuş plakatlarla çıxış ediblər.
Qeyd edək ki, hər iki siyasətçi Moldovada siyasi partiyanı qanunsuz olaraq maliyyələşdirməkdə ittiham olunurlar.
tag: Moldova,Qaqauziya,Qutsul,Popan,todaypress.az,