Moldovada Qutsul işi üzrə dinləmələr başladı
Kişinyovdakı Apellyasiya Məhkəməsi Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun işi üzrə dinləmələrə başlayıb, lakin iclas qapalı elan edilib və jurnalistlərdən məhkəmə zalını tərk etmək tələb olunub.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Bildirilib ki, rayon rəhbərinin özü müşavirədə videobağlantı vasitəsilə iştirak edir.
Qeyd edək ki, aprelin 1-də Qutsul vəkilləri vasitəsilə ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Devid Vensə müraciət edərək, Qaqauziyada baş verən qanun pozuntularına siyasi qiymət verilməsini xahiş edib.
Xatırladaq ki, Yevgeniya Qutsul martın 25-i axşam saatlarında Kişinyov hava limanında Moldovanı tərk etməyə cəhd edərkən saxlanılıb.
Aysel Mətləb
tag: Moldova,Yevgeniya Qutsul,Qaqauziya,Cinayət işi,Todaypress.az,