Moldovada “Rus evi” bağlandı
Moldovada ölkə hakimiyyətinin qərarı ilə “Rus evi” bağlanır.
TodayPress
xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti
məlumat yayıb.
Bildirilib
ki, qərar Rusiyanın pilotsuz təyyarələrinin ölkənin hava məkanını pozması ilə
əlaqədar qəbul edilib:
“Bu
təxribatlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə imzalanmış
mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya
hökumətlərarası sazişini birtərəfli qaydada denonsasiya etmək qərarına gəlib.
Müqaviləyə xitam verilməsi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət
Mərkəzi (“Rus Evi”) ölkəmizdə fəaliyyətini dayandıracaq”.
Xatırladaq
ki, Bakıdakı “Rus Evi”nin də fəaliyyəti dayandırılır.
tag: Moldova, Rus Evi, XİN, Rusiya, Mədəniyyət, todaypress.az,