Monqolustan prezidenti Moskvaya səfər edəcək

Dünya

05.05.2025 09:55

10

Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux Rusiyanın paytaxtında keçiriləcək 80 illik Qələbə bayramı tədbirlərində iştirak edəcək.

TodayPress xəbər verir ki, bu barədə Monqolustanın rəsmi “Montsame” agentliyi məlumat yayıb. 

Bildirilib ki, səfər çərçivəsində Monqolustan liderinin Rusiya prezidenti ilə görüşü planlaşdırılır.

Qiymət Mahir

tag: Monqolustan,Moskva,Səfər,Rusiya,todaypress.az,