Monqolustan xarici ticarət dövriyyəsində azalma qeydə aldı

Dünya

18.03.2025 11:05

2119

Monqolustanın xarici ticarət dövriyyəsi 2025-ci ilin ilk iki ayında 3,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azdır.

TodayPress xəbər verir ki, bu barədə çərşənbə axşamı Milli Statistika İdarəsi (NSO) məlumat yayıb.

Hesabat dövründə ölkənin ixracı 8,1 faiz azalaraq 2 milyard dollara düşüb, idxal isə əksinə, 7,3 faiz artaraq 1,7 milyard dollara çatıb.

İxracdakı azalmanın əsas səbəbi Monqolustandan xaricə göndərilən kömür, dəmir filizi və daranmış kaşmir təchizatındakı azalma olub.

Qiymət Mahir

tag: Monqolustan,Ticarət,Dövriyyə,Azalma,Todaypress.az,