Monqolustanda yanğınlar 7 mindən çox heyvanı tələf etdi
Monqolustanda baş verən çöl yanğınları nəticəsində 7500-dən çox heyvan tələf olub.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəolunması Agentliyi (NEMA) məlumat yayıb.
Bildirilib ki, yanğın səkkiz əyalətdə 39 ailənin evini məhv edib.
Rəsmilər Ulan-Bator və digər bölgələrdə yaşayan sakinlərə quru hava şəraitində tonqal qalamaqdan və yerə siqaret kötükləri atmaqdan çəkinmələri üçün xəbərdarlıq ediblər.
Qeyd edək ki, Monqolustan adambaşına düşən heyvan sayına görə dünyanın aparıcı ölkələrindən biri olsa da, heyvandarlıq sektoru həddindən artıq qış soyuqları, quraq və küləkli yaz ayları kimi təbii faktorların təsirinə məruz qalır.
Rəsmi məlumatlara görə, 2024-cü ilin sonuna qədər Monqolustanda 137 meşə və çöl yanğını qeydə alınıb. Ən çox yanğın ölkənin şərqində yerləşən Suxbaatar, Xentii və Dornod əyalətlərində baş verib.
Qiymət Mahir
tag: Monqolustan,Yanğın,Heyvan,Dünya,todaypress.az,