Moskva metrosunda uşaq doğuldu

Dünya

01.05.2025 05:44

11

Rusiyanın paytaxtı Moskvada metroda uşaq dünyaya gəlib.

TodayPress xəbər verir ki, bu barədə “Diqqət, Moskva” "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, hadisə metronun “Çistye prudı” stansiyasında baş verib.

Şahidlərin sözlərinə görə, qadını metrodan xərəkdə çıxarıblar.

Hadisə yerindən çəkilmiş kadrlarda tibb işçilərindən birinin qucağında körpə ilə yeridiyi görünür.

tag: Moskva,Uşaq, Doğulma, Metro, todaypress.az,