Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün ekspert qrupları yaradacaq

Dünya

18.03.2025 22:35

2996

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp telefon danışığında Rusiya – Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri, o cümlədən Amerika liderinin təkliflərini nəzərə almaqla davam etdirmək niyyətlərini təsdiqləyiblər.

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti söhbətdən sonra məlumat yayıb.

“Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ Prezidentinin qeyd olunmuş təkliflərini nəzərə alaraq, Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər” məlumatda bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Rusiya və Amerika ekspert qrupları yaradılır.

 

tag: Rusiya, ABŞ, Putin, Tramp, Ukrayna, todaypress.az,