Moskvada avtomobil partladı: General öldü

Dünya

25.04.2025 13:58

11

Moskva vilayətinin Balaxişa şəhərində baş verən avtomobil partlayışı nəticəsində Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında yüksək vəzifə tutan general Yaroslav Moskalik həlak olub.

TodayPress xəbər verir ki, bu barədə məlumatı “Baza” yayıb. 

Partlayışın gücü o qədər yüksək olub ki, general Moskalik yaxınlıqdan keçərkən partlayış dalğası onu bir neçə metr kənara atıb.

Partlayıcı maddə ilə dolu “Volkswagen Golf” markalı avtomobilin həmin əraziyə məqsədli şəkildə gətirildiyi istisna edilmir. Avtomobilin mərhum generala məxsus olmadığı bildirilir.

Məlumata görə, avtomobilə yerləşdirilmiş əl işi partlayıcı qurğu zədələyici elementlərlə, təxminən altı millimetrlik metal parçalarla doldurulub.

Hazırda hüquq-mühafizə orqanları hadisənin terror aktı olub-olmadığını araşdırır, hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.

Qiymət Mahir

tag: Moskva,Partlayış,Avtomobil,General,todaypress.az,