“MS-21”in ilk sınaq uçuşu olacaq
Rusiya Sənaye və Ticarət Nazirliyi Rusiyanın “PD-14” mühərriki ilə orta mənzilli “MS-21” təyyarəsinin ilk sertifikat uçuşunun hazırda bu ilin iyun-iyul aylarında baş tutacağını gözləyir.
TodayPress xəbər verir ki, bunu şöbə müdiri Anton Alikxan jurnalistlərə deyib.
“Bütün idxalı əvəz edən sistemlərlə və “PD-14” ilə ilk uçuşlar iyunun sonu-iyulun əvvəlində olacaq” deyə o “MS-21”in uçuşlarının nə vaxt həyata keçiriləcəyi ilə bağlı sualı cavablandırıb.
“MS-21”in uçuşları artıq həyata keçirilir, hələlik xarici mühərriklərlə sınaqdan keçiririk, sertifikatlaşdırma mürəkkəb məsələdir.
Lakin biz artıq sertifikatlaşdırma işlərinin bir hissəsini həyata keçiririk” deyə Alikxan əlavə edib.
Aysel Mətləb
tag: Rusiya,Təyyarə,MS21,Sınaq,Todaypress.az,