Münhen konfransının rəhbəri canlı efirdə ağladı

Dünya

17.02.2025 14:20

1209

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen tədbirin bağlanışında iştirakçılara müraciət edərkən göz yaşlarına boğulub. 

TodayPress xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının “YouTube” kanalı məlumat yayıb.

O, konfransın əvvəlcə transatlantik kimi nəzərdə tutulduğunu qeyd edib, lakin ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin çıxışından sonra iştirakçı dövlətlər arasında dəyər bazasının artıq o qədər də ümumi olmadığından narahatlığını ifadə edib. 

Hoysgen tədbirin bütün iştirakçılarına təşəkkür edib və çıxışını tamamlayarkən emosiyalarını saxlaya bilməyib və ağlayıb.

Nicat Osman

tag: Kristof Hoysgen,Münhen ,Konfrans,Youtube,Todaypress.az,