Müxalifət lideri Türkiyədə növbədənkənar seçkilər üçün imza toplayacaq

Dünya

29.03.2025 17:27

1033

Türkiyənin müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl respublikada növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün imzatoplama kampaniyasına başlayır. 

TodayPress xəbər verir ki, bu barədə o, İstanbulda, şəhərin həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunun müdafiəsi üçün keçirilən mitinqdə deyib. 

"Sabahdan bələdiyyə sədri Əkrəmin azadlığa buraxılması və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə imza toplamağa başlayacağıq. Türkiyənin hər sakinindən imza alacağıq və bu hökuməti devirəcəyik". 

Özəl, həmçinin dövlət kanalı TRT, hökumətyönlü televiziya kanalları (CNN Türk, NTV, TGRT, A haber, Beyaz TV) və media qruplarını (Dəmirörən və Turkuvaz) boykot etməyə çağırıb. 

CHP liderinin sözlərinə görə, İstanbulun Asiya tərəfindəki Maltəpə rayonunda keçirilən mitinqdə 2,2 milyon insan iştirak edib.   

Türkan İsgəndərli

tag: TÜrkiyə,MÜxalifət,Partiya,CHP,Özgür Özel,İmzatoplama,Kampaniya,Todaypress.az,