Myanmada 5 gün dağıntılar altında qalan kişi sağ tapıldı
Myanmanın Sikaing şəhərində güclü zəlzələ nəticəsində dağılan binanın altında beş gün qalan kişi sağ-salamat xilas edilib.
TodayPress xəbər verir ki, bu barədə “MRTV” telekanalı məlumat yayıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı doqquz saatdan çox davam edib.
Fövqəladə xidmət əməkdaşlarının səyləri nəticəsində kişi dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, 8,2 bal gücündə zəlzələ martın 28-də Myanma ərazisində qeydə alınıb.
Ardınca 6,4 bal gücündə təkrar zəlzələ baş verib.
Təbii fəlakət həm Myanmada, həm də qonşu Tailandda ciddi fəsadlara səbəb olub.
Zəlzələnin təsiri Çində və Vyetnamda da hiss edilib.
Rəsmi məlumatlara görə, Myanmada 2800-dən çox insan həyatını itirib, Tailandın paytaxtı Banqkokda isə ölənlərin sayı 22 nəfərə çatıb.
Qiymət Mahir
tag: Myanma,Zəlzələ,Təbii Fəlakət,Ölüm,Todaypress.az,