Myanmada baş verən zəlzələdə 14 Çin vətəndaşı xəsarət aldı

Dünya

30.03.2025 13:31

1976

Myanmada qeydə alınan 7,7 bal gücündə zəlzələ nəticəsində 14 Çin vətəndaşı xəsarət alıb. 

TodayPress "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə martın 30-da Çinin Myanmadakı səfirliyi rəsmi açıqlama yayıb.

Səfirlik bildirib ki, zərərçəkmiş Çin vətəndaşları ağır zərbə alan Mandalay bölgəsindən paytaxt Yanqon Xalq Xəstəxanasına müalicə üçün köçürülüblər. Diplomatik missiya nümayəndələrinin yaxın günlərdə onlara baş çəkəcəyi bildirilib.

Myanma hakimiyyətinin son məlumatına görə, zəlzələdə həyatını itirənlərin sayı 1 700-ü ötüb. Axtarış-xilasetmə işləri davam edir.

Qiymət Mahir

tag: Myanma,Zəlzələ,Çin,Dünya,todaypress.az,