Myanmada baş verən zəlzələdə ölənlərin sayı artdı

Dünya

07.04.2025 17:57

14

Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3600-ə çatıb, 5000-dən çox yaralı var.   

TodayPress xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. 

Bildirilib ki, 160 nəfər hələ də itkindir. 

Çinin Neypidodakı səfirliyindən verilən məlumata görə, Çin tərəfi axtarış-xilasetmə əməliyyatlarına və bu təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına fəal köməklik göstərir.

İki dövlətin sərhədində gömrük xidməti 24 saat işləyir və humanitar yardımın “yaşıl kanal” rejimində aparılmasına imkan yaradır.

Çin rəhbərliyi həmçinin Myanma tərəfinə 100 milyon yuan (təxminən 13,8 milyon dollar) ayrılması barədə göstəriş verib.   

Töhfə Səməd

tag: Myanma,Zəlzələ,İtki,Ölüm,Todaypress.az,