Myanmada baş verən zəlzələnin zərəri açıqlandı

Dünya

29.03.2025 14:27

2560

Myanmada baş verən güclü zəlzələ episentrdən 300 km aralıda yerləşən Çinlə sərhəd Ruili şəhərində (cənub-qərbi Yunnan əyaləti) 800-dən çox evə ziyan vurub.   

TodayPress xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. 

Bildirilib ki, təbii fəlakət zonasında 2,8 mindən çox insan olub, 2 sakin xəsarət alıb.

Təbii fəlakətin vurduğu ziyanın miqyası hələ ki, qiymətləndirilməyib.

Su və elektrik enerjisi, o cümlədən yol və nəqliyyat əlaqələri artıq bərpa edilib.

Töhfə Səməd

tag: Myanma,Zəlzələ,Fəsad,Təbii Fəlakət,Todaypress.az,