Myanmada bir həftəlik milli matəm elan edildi

Dünya

31.03.2025 13:51

1325

Myanma İttifaq Respublikası zəlzələnin fəsadları ilə əlaqədar bir həftəlik milli matəm elan edib.   

TodayPress xəbər verir ki, bunu Myanmanın Dövlət İdarəetmə Şurasının sədri, Baş nazir Min Aun Hlayn bəyan edib. 

"Həyat tələfatı və dağıntılarla bağlı başsağlığı olaraq 31.03.2025-ci il tarixdən 06.04.2025-ci il tarixinədək 7 günlük ümummilli matəm günləri elan edilib. Bu günlərdə dövlət bayrağı yarıya qədər endiriləcək" məlumatda deyilir. 

Xatırladaq ki, martın 28-də Myanmada 7,7 maqnitudalı güclü zəlzələ baş verib. Daha sonra 6,4 bal gücündə təkrar təkan qeydə alınıb.

Yeraltı təkanlar Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.

Zəlzələlər nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə 3 400 nəfərdir. 

Töhfə Səməd

tag: Myanma,Zəlzələ,Milli Matəm,Təbii Fəlakət,Todaypress.az,