Myanmada güclü zəlzələ baş verdi
Myanmada 7,3 və 6,4 bal gücündə iki zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
İlk yeraltı təkanlar 7,3 bal gücündə, ocağı 10 km dərinlikdə olub.
Zəlzələnin episentri təxminən 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 33 km cənub-qərbdə yerləşib.
Ardınca Tailandın meteorologiya departamenti yeraltı təkanlar barədə xəbərdarlıq edib.
Departament vətəndaşları diqqətli olmağa çağırıb. Bu bəyanatdan sonra 6,4 bal gücündə yeni zəlzələ baş verib.
Tailandın paytaxtı Banqkokda zəlzələ ilə əlaqədar sakinlər hündürmərtəbəli binalardan təxliyə olunmağa başlayıb.
Türkan İsgəndərli
tag: Myanma,Zəlzələ,Dağıntı,Təbii Fəlakət,Todaypress.az,