Myanmada insanlar çökmüş binada qapalı qaldı
Myanmanın Mandalay şəhərində zəlzələ nəticəsində dağılan yaşayış binasının dağıntıları altında 90-dan çox adamın qaldığı güman edilir.
TodayPress xəbər verir ki, bu barədə “Frans Press” agentliyinə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, xilasedicilər 12 mərtəbəli binanın dağıntılarını təmizləyir.
Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib.
Tayland Meteorologiya İdarəsinin məlumatına görə, təbii fəlakətin maqnitudası 8,2 olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçib, 2300-ə yaxın insan xəsarət alıb.
Təbii fəlakət Taylandı da vurub, yeraltı təkanlar Çin və Vyetnamda hiss olunub.
Töhfə Səməd
tag: Myanma,Tayland,Zəlzələ,Təbii Fəlakət,Todaypress.az,