Myanmada ölənlərin sayı 3 455 nəfərə çatdı

Dünya

05.04.2025 19:26

942

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 455 nəfərə çatıb, daha 4 840 nəfər yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bundan əvvəl 3 301 nəfərin öldüyü, 4 792 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək ki, martın 28-də Myanmada zəlzələ baş verib. Tailand Meteorologiya Departamenti onun maqnitudasını 8,2 bal gücündə qiymətləndirib.

tag: Myanma,Zəlzələ,Hadisə,Tailand,todaypress.az,