Myanmada yenidən zəlzələ baş verdi

Dünya

01.04.2025 17:31

2604

Myanmada 5 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 11:01-də baş verib. Yeraltı təkanlar Mandalay şəhərindən 16 kilometr cənub-qərbdə qeydə alınıb.

Qeyd edək ki, Mandalayın əhalisi 1,2 milyondan çoxdur.

Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

Hazırda hadisə nəticəsində mümkün insan tələfatı və dağıntılarla bağlı məlumat yoxdur.

Qiymət Mahir

tag: Myanma,Zəlzələ,Təbii Fəlakət,Ölüm,Todaypress.az,