Myanmada yenidən zəlzələ oldu
Myanmanın
Mandalay şəhərindən 53 kilometr aralıda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress
xəbər
verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat
yayıb.
Zəlzələ
1,2 milyondan çox əhalisi olan Mandalaydan 53 kilometr cənubda qeydə alınıb.
Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə
məlumat verilmir.
Myanmada martın 28-də 7,7 bal gücündə güclü zəlzələ baş verib. Nəticədə 3
mindən çox insan həyatını itirib.
tag: Myanman,Mandalay, Zəlzələ, Bal, Ölüm, todaypress.az,