Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ü ötdü

Dünya

06.04.2025 20:00

17

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3500 nəfəri keçib.

TodayPress xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. 

Son rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 5012 nəfər xəsarət alıb, daha 3564 nəfəri xilas etmək mümkün olmayıb, 210 nəfər isə itkin düşüb. 

Xatırladaq ki, martın 28-də Myanmada silsilə dağıdıcı zəlzələlər baş verib. Təbii fəlakət evləri, yolları və infrastrukturu dağıdıb.

Töhfə Səməd

tag: Myanma,Zəlzələ,Ölüm ,Yaralı,todaypress.az,