Narişkin: “ABŞ Ukrayna münaqişəsinin səbəblərini müzakirə edir”

Dünya

15.04.2025 15:56

23

“Vaşinqton münaqişənin mahiyyətini anlamağa çalışır, bu, pozitiv haldır”.

TodayPress xəbər verir ki, bu fikirləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narişkin “RIA”ya açıqlamasında bildirib.

Narişkinin sözlərinə görə, Rusiya ilə ABŞ arasında müxtəlif səviyyələrdə “kifayət qədər intensiv dialoq” gedir və bu, əvvəlki Cozef Bayden administrasiyası dövrü ilə müqayisədə ciddi fərqlənir.

O qeyd edib ki, ABŞ-nin yeni rəhbərliyi Ukrayna münaqişəsinin səbəblərini başa düşmək və bu məsələyə dərindən yanaşmaq istəyini nümayiş etdirir.

Qiymət Mahir

tag: ABŞ,Ukrayna,Sergey Narişkin,Rusiya,