"NASA" astronavtları siyasi səbəblərə görə geri qaytarılmayıb?
ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası siyasi səbəblərə görə bir neçə ay əvvəl Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan astronavtları geri qaytarmaqdan imtina edib.
TodayPress xəbər verir ki, bunu “SpaceX” şirkətinin sahibi İlon Mask “Fox News”a müsahibəsində deyib.
"Biz daha əvvəl astronavtları geri qaytarmağı təklif etmişdik. Astronavtlar orada cəmi 8 gün qalmalı idilər, lakin onlar demək olar ki, 10 aya yaxın orada qaldılar. "SpaceX" astronavtları bir neçə aya geri qaytara bilərdi. Biz Bayden administrasiyasına bu həlli təklif etdik, lakin bu, siyasi səbəblərdən rədd edildi" deyə Mask bildirib.
Qeyd edək ki, martın 19-da Amerikanın "SpaceX" şirkətinin "Crew Dragon" kosmik gəmisi "Crew-9" missiyasının heyəti ilə birlikdə Yerə qayıdıb. Buraya "Roskosmos" kosmonavtı Aleksandr Qorbunov və "NASA" astronavtları Barri Uilmor, Sunita Uilyams və Nik Heyq daxildir. Uilmor və Uilyams, 5 iyun 2024-cü ildə "Boeing" tərəfindən buraxılan "Starliner" kosmik gəmisinin ilk ekipajlı missiyasının bir hissəsi olaraq BKS-ə göndəriliblər.
Onların iyunun 14-dək orbitdə qalması planlaşdırılırdı. Daha sonra gəminin dok zamanı bir neçə manevr mühərrikinin sıradan çıxması ilə əlaqədar nasazlıq səbəbindən geri qayıtma tarixləri əvvəlcə iyunun 18-nə, sonra 26 iyuna, daha sonra isə qeyri-müəyyən müddətə dəyişdirildi.
Töhfə Səməd
tag: NASA,Beynəlxalq Kosmik Stansiya, Uçuş,Boeing Starliner, Kosmik, todaypress.az,