NASA insanları Marsa nə vaxt göndərəcək?

Dünya

08.04.2025 13:42

23

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi ( NASA) yaxın beş ildə Marsa uçuş təşkil edə bilməyəcək.   

TodayPress xəbər verir ki, bu barədə NASA-nın direktoru vəzifəsini icra edən Canet Petro bəyanat yayıb. 

Bildirilib ki, buna səbəb belə bir missiyanın bir çox təhlükələrinin olmasıdır.

Təhlükələrin aradan qaldırılması üçün araşdırmalar aparılır. 

Xatırladaq ki, martın 17-də amerikalı iş adamı və "SpaceX" kosmik korporasiyasının direktoru İlon Mask insanın yaxın 5-7 il ərzində ilk dəfə Marsa ayaq basa biləcəyini bildirib.   

Türkan İsgəndərli

tag: NASA,Mars,Səfər,Uçuş,Todaypress.az,