NATO genişmiqyaslı aviasiya təlimlərinə başlayır

Dünya

31.03.2025 09:02

1388

NATO-ya üzv ölkələr martın 31-dən başlayaraq genişmiqyaslı hərbi hava qüvvələrinin “Ramstein Flag 2025” təlimlərinə başlayacaq.   

TodayPress xarici mediaya istinadən xəbər verir ki, təlimlərdə NATO-nun 15 ölkəsindən 90 hərbi təyyarə iştirak edəcək.

Uçuşların həyata keçirilməsi üçün NATO-nun Avropadakı 12 aviabazasından istifadə olunacaq. 

Əməliyyatlar Niderlanddakı Leuvarden Hava Bazasından idarə olunacaq və aprelin 11-dək davam edəcək.

tag: NATO,Avropa,Niderland,Uçuş,Todaypress.az,