NATO Litvada Rusiya hərbi təyyarələrini müşayiət etdi

Dünya

01.04.2025 11:57

1785

Litvanın "Zokniai" aviabazasında rotasiya qaydasında yerləşdirilən NATO qırıcıları mart ayında Baltikyanı respublikanın hava məkanı yaxınlığında Rusiya hərbi təyyarələrini 12 dəfə müşayiət edib.   

TodayPress xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Agentlik bildirib ki, qırıcı təyyarələr həftədə 3-5 dəfə havaya qalxıb. 

Xatırladaq ki, 30 iyul 2024-cü il tarixindən etibarən İtaliya Hərbi Hava Qüvvələrinin dörd "Eurofighter Typhoon" qırıcısı və Fransa Hərbi Hava Qüvvələrinin dörd "Rafale" qırıcısı ilə kontingenti rotasiya əsasında Litva aviabazasında yerləşdirilib.

Martın 31-də onları səkkiz "F-16" Döyüş Şahinində Polşa və Rumıniya Hərbi Hava Qüvvələrinin pilotları əvəz edib.   

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Rusiya hərbi təyyarələrinin Kalininqrad vilayətinə və oradan uçuşu hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi riayət olunmaqla neytral sular üzərində həyata keçirilir. 

Bu məqsədlə öz aviasiyasına malik olmayan Baltikyanı ölkələrin səmalarına nəzarəti onların NATO müttəfiqləri həyata keçirir. 

Töhfə Səməd

tag: NATO,Rusiya,Qırıcı,Müşahid,Todaypress.az,