NATO Litvada təlimlər keçirəcək

Dünya

02.05.2025 13:20

11

Mayın 3-dən 23-dək Litvada NATO-nun “Griffin Lightning 2025” adlı beynəlxalq hərbi təlimi keçiriləcək. 

TodayPress xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi bildirib. 

Məlumata görə, təlimlər zamanı müttəfiq ölkələrin hərbi helikopterləri, o cümlədən Almaniyaya məxsus helikopterlər aşağı hündürlükdə uçuşlar edəcək.

Təlimlərə Almaniyanın 30-a yaxın helikopteri qatılacaq.

Bəzi uçuşlar 150 metr hündürlüyədək endiriləcək.

Qeyd edək ki, sentyabrda Almaniya və digər NATO ölkələrinin 800 minə qədər əsgərlə oxşar miqyaslı təlimlər keçirəcəyi gözlənilir.

Türkan İsgəndərli

tag: NATO,Təlim,Litva,Hərbi,todaypress.az,